Modern ticarət obyektləri bir çox kiçik üstünlüklərlə fərqlənir və yüksək rəqabətli biznesdə hər detalı mükəmməl olan, müştəri üçün həqiqi komfort yaradan ticarət obyektləri qalib olur. Bizim bu bölümdə təqdim etdiyimiz daxili naviqasiya və POSM məhsulları mağaza daxili məlumatlandırmada ən önəmli məhsul hesab olunur. Müştərinin küçədən gördüyü posterli çərçivə, daxil olarkən mağaza daxilində olan naviqasiya, məhsul rəfinə yaxınlaşan zaman sizin istəyinizlə hər hansı məhsulun önə çəkilməsi və satışının artırılması - bunlar üçün məhz POSM məhsulları əvəzolunmazdır (POSM = Point of sales merchandise).
Bu funksiyadan başqa POSM məhsulları çeşidinə həmçinin daxildə rəflənmə sistemlərinin effektivliyinin artırılması da daxildir - belə ki, kiçik məhsullar rəfinizdə böyük effektivlik yarada və əməkdaşların vaxtına böyük qənaətə gətirə bilər. Necə? Bizim konsultantlar bu barədə sizə detallı məlumat verməyə şad olar…
- Markalar: Europos, HMK, VKF Renzel, YalaDisplay China
- Kataloqlarımız: https://azimut.az/catalogues/az