×

Vizit kartları

Bu ölçüsü kiçik sıx kağız parçaları müasir insan həyatına o qədər güclü daxil olub ki, artıq uzun müddətdir təkcə əlaqə informasiyası ilə məhdudlaşmır. Vizitka sizin biznesinizin missiyasını əks etdirir, biznes tərəfdaşlarına dair fikir, potensial müştərilər üçün əsas informasiyanı daşıyır. Və o “necə gəldi” çap oluna bilməz.

Vizitkada sizin və ya müştəriyə çatdırdığınız xidmət və ya məhsul haqqında bütün lazımi informasiya yerləşir; poçt ünvanı, əlaqə nömrələri, saytın ünvanı, elektron poçt. Misal üçün əgər söhbət şəxsi vizitkadan gedirsə, hər iki tərəfli çapdan istifadə düzgün qəbul olunmur. Qəbul olunub ki, bir tərəfdən istifadə olunsun, digər tərəf boş qalsın. Və əksinə əgər reklam xarakterli paylanma üçün olan vizitklarda hər iki tərəfin istifadə olunması sadəcə zəruridir. İnformasiyanın yerləşdirilməsinin bir neçə standartı var, lakin arada yerləşdirməyə kreativ və qeyri-standart yanaşmalar əsas məsələni həll edir, vizitkanı atmırlar, onu saxlayırlar və istifadə edirlər.

Offset üsulu ilə çap olunmuş vizitkalar sizin və biznesiniz haqqında istənilən reklamdan daha çox səs gətirəcək. Bu gün belə vizitkaları çoxu dürüstcə lyuks qəbul edəcəklər, axı biz onları öz işimizə və özümüzə yatırım kimi qəbul edirik. Bu hətta istənilən aksiya və ya sərgilərdə paylama materialı kimi çap olunmalı vizitkalara da aiddir. İstənilən halda yadda saxlamaq lazımdır ki, sizin ilkin təəssürat yaratmağa ikinci şansınız olmayacaq.

Şirkətimiz tərəfindən aşağıdakı fərqli növ vizit kartları təklif olunur:

  • Sadə bir və ya iki tərəfli vizit kartları - lazer rəqəmsal çap
  • Məxməri kağızda bir və ya iki tərəfli vizit kartları - UV rəqəmsal və ya trafaret çap
  • Özəl basqılı premium vizit kartlar - bir və ya iki qat
Məhsullar - qalereya